"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində İspaniyanın "Barselona" klubu ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.
 




Moderator.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Biletlərin qiymətləri 15-1500 manat arasında dəyişir.
 
Matça bilet satışı iticket.az vasitəsilə həyata keçirilir.
 
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.