UEFA Çempionlar Liqasındakı "Sabah" - "Borussiya" (Dortmund, Almaniya) oyununa təyinat alan Xavyer Alberola Roxas İspaniyanın məşhur hakimlərindən biridir.
 




Moderator.az "Report"a istinadla xəbər verir ki, 35 yaşlı FIFA referisi karyerasında ilk dəfə Azərbaycan təmsilçisinin matçını idarə edəcək.
 
2017-ci ildə La Liqada debüt edən ədalət təmsilçisi 2024-cü ildə beynəlxalq oyunlara təyinat alıb. O, 2025-ci ilin dekabrında isə UEFA-nın birinci kateqoriyalı hakimlərinin siyahısına daxil edilib.
 
Xavyer Alberola Roxasın hakimliyə gəlişi maraqlı alınıb. O, 14 yaşında İspaniyanın Yunkos bölgəsində yoldaşlıq oyunlarından birini tribunadan izləyib. Matça təyin olunmuş hakim gəlməyib. Təşkilatçılar tribunadan könüllü hakim axtarıblar.
 
Xavyer Alberola Roxas öz namizədliyini irəli sürüb. Əvvəlcə yaşının az olması səbəbindən tərəddüd edilsə də, başqa könüllü tapılmadığı üçün ona fit verilib və o, matçı idarə edib. O, daha sonra digər yoldaşlıq görüşlərinə dəvət alıb və hakimlik kursuna yazılıb.
 
İspaniyalı referi 2026-cı ildə "Real Sosyedad"ın "Atletiko"nu məğlub etdiyi (3:2) İspaniya Kubokunun final matçında da söz sahibi olub. O, 2024/2025 və 2025/2026 mövsümlərində La Liqada 20 oyuna baş hakim kimi təyinat alıb.
 
Xatırladaq ki, "Sabah" - "Borussiya" oyunu oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.