İstanbulda güclü yağışlar nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, İstanbulun Avropa tərəfindəki Ayvansaray körpüsünün yaxınlığında yerli sakinin meyiti tapılıb. İtkin düşmüş digər şəxsin axtarışı davam etdirilir.
Oktyabrın 14-də İstanbulda güclü yağışlar bir neçə ərazidə daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.