Azərbaycanın Ermənistana builki ixracının dəyəri 23 milyon dolları keçib
19 Oct 2026, 09:55 2 baxış 1 dəq oxuma
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Ermənistana 23 milyon 450 min ABŞ dolları dəyərində mal ixrac edib.
Bu barədə Moderator.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.
9 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 96,5 min ABŞ dolları təşkil edib. Bunun 95,5 min ABŞ dolları ötən ayın payına düşüb.