Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
 




Moderator.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
 
Hal-hazırda yollardakı vəziyyət:
 
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
 
2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
 
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 
4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
 
5. Koroğlu Rəhimov küçəsi, ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
 
6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
 
7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
 
8. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
 
9. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
 
10. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
 
11. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər);
 
12. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;
 
13. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
 
14. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
 
15. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.