Təl-Əvivdən Vyanaya uçan Avstriya Hava Yollarına məxsus təyyarə təhlükəsizlik təhdidi səbəbindən Sofiyada təcili eniş edib.
Moderator.az xəbər verir ki, salonda şübhəli bir əşya tapılıb və bu da heyət üzvlərini "Mayday" siqnalı verməyə vadar edib.
Hadisə anonim bomba xəbərdarlığı səbəbindən baş verib. Məlumata görə, təyyarədə BMT-də çıxış etməli olan gənclərdən ibarət nümayəndə heyəti olub. Sərnişinlər təyyarədən düşüblər.
Hadisə, Təl-Əvivə uçan "Flydubai" reysinin ikinci pilotunun təyyarəni qəsdən vurmağa cəhd etməsindən üç həftədən az müddət sonra baş verib. Kapitan və bir neçə israilli sərnişin qəzanın qarşısını ala biliblər.
(unikal)