Ötən həftənin xronikası: 149 yanğına çıxış oldu, 4 nəfərin meyiti tapıldı - VİDEO
19 Oct 2026, 09:17 2 baxış 1 dəq oxuma
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 149 yanğına çıxış, 27 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 8-i azyaşlı olmaqla 31 nəfər xilas edilib, müxtəlif hadisələrlə əlaqədar (bağlı qapı, avtoqəza və s.) 4 nəfərin meyiti təhvil verilib.