Fransanın daxili işlər naziri Loran Nunyes vəzifəsindən ayrılmaq istəsə də, Prezident Emmanuel Makron bu qərara razılıq verməyib.
Moderator.az xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, son günlər bir sıra siyasi partiyalar daxili işlər nazirinin istefasını tələb ediblər. Artan tənqidlər fonunda Nunyes istefa ərizəsini dövlət başçısına təqdim edib.
Lakin Makron ölkədəki mövcud vəziyyəti və hüquq-mühafizə sisteminin fəaliyyətinin davamlılığını əsas gətirərək ərizəni rədd edib. Qeyd olunub ki, nümayişlər zamanı qeydə alınan çoxsaylı zorakılıq hadisələri nazirə qarşı təzyiqləri artırıb.