Göygöl Milli Parkında hasarlanma işlərinin aparılması ilə bağlı sosial şəbəkədə görüntülər yayılıb.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuar katibi İradə İbrahimova bildirib ki, milli parkın yaşayış məntəqələri ilə həmsərhəd olan ərazilərində çəpərləmə işləri həyata keçirilir:
“Çəpərləmə işləri xüsusi mühafizə olunan təbiət ərazilərində bioloji müxtəlifliyin və təbii ekosistemlərin qorunması, antropogen təsirlərin, eləcə də mal-qaranın ərazilərə daxil olmasının qarşısının alınması məqsədi daşıyır ”.