İspaniyanın "Barselona" klubu Almaniyanın "Ştutqart" komandasında çıxış edən Finn Yelçi heyətinə qatmaq niyyətindədir.


Moderator.az "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik 20 yaşlı müdafiəçini bir neçə aydır izləyir və onun növbəti mövsümdə transferini nəzərdən keçirir.






Almaniyalı futbolçunun nümayəndələri artıq "Barselona" rəhbərliyi ilə əlaqə saxlayıblar. Oyunçu ilə İngiltərənin "Liverpul", "Arsenal", İspaniyanın "Real", İtaliyanın "İnter", "Yuventus", Almaniyanın "Bavariya" klubları da maraqlanır.


Qeyd edək ki, F.Yelç 2025-ci ildə "Nürnberq"dən "Ştutqart"a keçib. O, 2026/2027 mövsümündə çıxış etdiyi 9 matçda 1 məhsuldar ötürmə müəllifi olub.


"Transfermarkt" portalına görə onun dəyəri 35 milyon avrodur.