Azərbaycanın gənc qız cüdoçuları Özbəkistanda təlim-məşq toplanışında iştirak ediblər
20 Oct 2026, 15:20 2 baxış 1 dəq oxuma
Azərbaycanın gənc qız cüdoçulardan ibarət milli komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edib.
Bu barədə Moderator.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Hazırlıq prosesinə gənc qızlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət millinin baş məşqçisi Elnur İsmayılov rəhbərlik ediblər.
Təlim-məşq toplanışı oktyabrın 24-25-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək gənclər arasında Qran-pri turnirinə hazırlıq məqsədi daşıyıb.