"Bakıda sayca 3-cü yerüstü metro stansiyasının tikintisi davam etdirilir".
 




Bunu Oxu.az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Tikinti lahiyələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.
 
O bildirib ki, stansiyada platforma və inzibati sahələrin tikintisi artıq başa çatdırılıb:
 
"Hazırda üzlənmə işləri aparılır. Bu işlər başa çatdırılandan sonra infrastrukturun qurulmasına başlanacaq. Bütün işlər başa çatdırılandan sonra yerüstü stansiya sərnişinlərin istifadəsinə veriləcək".
 
M.Rzayev qeyd edib ki, yerüstü stansiya 2028-ci ildə istifadəyə veriləcək.
 
Xatırladaq ki, hazırda Bakıda "Xocəsən" və "Bakmil" adlı iki yerüstü stansiyaları fəaliyyət göstərir.