Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri ər-Riyad üzərində daha bir pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
Moderator.az xəbər verir ki, bu barədə alyansın rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat verib.
Koalisiyanın bəyanatında bildirilib ki, PUA ər-Riyad ərazisində zərərsizləşdirilib.
Bu, gecə saatlarında ər-Riyad səmasında ələ keçirilən ikinci hava hədəfi olub.