Xəbər verdiyimiz kimi Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib. Belə ki, o bundan sonra ARB televiziyasında müşavir vəzifəsində çalışacaq. Bir neçə gündür işinin icrasına başlayan aktrisa yaxın aylarda yenidən ekranlara qayıdacaq.
Moderator.az-a açıqlama verən Xalq artisti Afaq Bəşirqızı yaxın sənət dostu Dilarə Əliyevanı bizim vasitəmizlə təbrik edib:
“Dilarə Əliyevanı müşavir vəzifəsinə təyin etməklə çox ağıllı iş görüblər. Mən ARB televiziyasının rəhbəri Rəşad müəllimin təcrübəsinə, uzaqgörənliyinə inanıram. Dostum, canım Dilarə xanımın bu işdə nə dərəcədə özünü doğruldacağını mən bilirəm. Dilarə xanım çox zəhmətkeş insandır. Həddindən artıq zəhmətkeşdir. Öz üzərində işləyəndir. Ətrafa qarşı münasibəti xoşdur, səmimidir. Dilarə xanım iş adamıdır. O həyatda bir dəqiqəsini belə boş, işsiz keçirməz. Aktiv adamdır, passiv deyil. Mən onun bu təyinatına ürəkdən sevinirəm. Mənim üçün gözlənilməz oldu. Canım mənim, səni ürəkdən təbrik edirəm. İnanın, 2-3 gündür ki, mən vaxt edib Dilarəmlə danışa bilmirəm. Mən bilirəm ki, ARB kanalı qazandı. Sənə ən əsas can sağlığı, işlərində müvəfəqiyyət arzulayıram, Dilarə. Sən etimadı doğrultmusan deyə müşavir vəzifəsinə təyin olunmusan. Bundan sonra da bir çox etimadları doğrultmağını arzulayıram. Dilarə bu işin öhdəsindən gələcək” deyə sənətkar bildirib.