ABŞ-ın Florida ştatının Tallahassi şəhərində, Florida A&M Universitetinin stadionu yaxınlığında baş verən atışma nəticəsində 12 nəfər yaralanıb.
Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, yaralıların 6-sı yetkinlik yaşına çatmayanlardır. Onlardan 11-i güllə yarası alıb, 3 nəfərin vəziyyəti ağırdır.
Hadisə futbol matçından sonra baş verib. Polis hələlik şübhəlinin saxlanılması barədə məlumat verməyib.