Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində bir neçə partlayış səsi eşidilib.


Moderator.az "Agence France-Presse" agentliyinə istinadən xəbər verir ki, şəhərdə azı üç partlayış qeydə alınıb.






Ərəb koalisiyasının rəsmi nümayəndəsi Turki əl-Maliki bildirib ki, alyans qüvvələri Yəməndəki qiyamçı "Ənsar Allah" (husilər) hərəkatı tərəfindən Ər-Riyad istiqamətində atılmış ballistik raketi aşkarlayaraq zərərsizləşdiriblər.


Məlumata görə, zərərsizləşdirilən raket koalisiya qüvvələri tərəfindən gecə ərzində vurulan azı üçüncü hava hədəfi olub.