Hörmüz boğazında iri neft tankeri partlayıb.
 




Moderator.az report-a istinadən xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
 
"Yayımlanan ilkin məlumatlar Hörmüz boğazında partlayış səsinin eşidildiyini xəbər verir; xam neft daşıyan çox böyük bir tanker (VLCC) Hörmüz boğazından çıxarkən hücuma məruz qalıb", - məlumatda bildirilib.
 
Qeyd olunub ki, "Sentinel-2" peykinə aid olan görüntüdə orada bir gəminin idarəetmə strukturunun arxasında tünd rəng dəyişikliyi diqqət çəkib.