Moderator.az xəbər verir ki, sənətçi "İndi bax" adlı mahnısını yayımlayıb.
Sözləri Emil Bayramova, musiqisi Rawin-ə məxsus ifanı Eresmoon ekranlaşdırıb.
Layihənin musiqi və vokal prodüseri isə İsmayıl Əsədovdur.
Qeyd edək ki, BenAy kimi sənət fəaliyyətinə başlayan ifaçı müğənni Roza Zərgərlinin qızıdır.