Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət milli komandası Avropa çempionatının təsnifat mərhələsində keçirdiyi ikinci oyunda da uduzub.
Moderator.az report-a istinadən xəbər verir ki, U-20 EEVZA - Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatında Latviya seçməsinə məğlub olub.
Qarşılaşma 3:0 hesabı ilə bitib.
Xatırladaq ki, Gökhan Edmanın baş məşqçisi olduğu kollektiv ötən gün Polşa komandasına da eyni hesabla uduzub.
İdman
Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycanın U-20 voleybol millisi ikinci oyunda məğlub olub
Mənbə:
moderator.az