ABŞ-də Demokratlar Partiyası noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra Nümayəndələr Palatasına və, ehtimal ki, Senata nəzarəti ələ keçirəcəkləri təqdirdə, prezident Donald Trampdan yan keçərək Ukraynaya yeni yardım paketini təsdiqləyə bilərlər.
Moderator.az xəbər verir ki, bu barədə “Reuters” analitiklərlə söhbətlərinə istinadən məlumat yayıb.
Məlumata görə, Demokratlar Partiyası seçkilərdə qalib gələrsə, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə Qreqori Miks rəhbərlik edə bilər. O, daha əvvəl Rusiya ilə dizel yanacağı sövdələşməsinin qarşısını almağı nəzərdə tutan qanun layihəsini təqdim edib.