"Səs-küylü ad günlərini qətiyyən sevmirəm. Çox uzun illərdir ki, mən ad günümü evdə, ailə üzvlərimlə birlikdə süfrə arxasında qeyd edirəm. Bu gün də həmçinin. Əlbəttə ki, təbrik edənlər hər il olur, onların hər birinə öz təşəkkürümü bildirirəm"
Bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı aktrisası, Əməkdar artist Sənubər İsgəndərli deyib. O daha sonra əlavə edib:
"Deyə bilmərəm ki, hansısa arzum ürəyimdə qalıb. Mən belə şeyləri düşünmürəm. Qismətimdə nə varsa odur. Bircə arzum budur ki, Allah dövlətimizi, dövlətçiliyimizi qorusun, əmin-amanlıq olsun. Ölkəmizdə gözəl tamaşalar hazırlansın, baxımlı filmlər çəkilsin, mən də bacardığım qədər payıma düşən rolları istədiyim kimi ifa edib, tamaşaçı qarşısına üzüağ çıxım. Çünki mənim üçün hər bir tamaşaçı dəyərlidir, qiymətlidir. Onlar vaxt ayırıb gəlir, tamaşalara baxırlar. Aktyora sonda alqış qalır. O alqış hamımızı xoşbəxt edir. Çox sağ olsunlar" deyə aktrisa bildirib.