Yaxın Şərqdə təhlükəsizlik balansı yenidən gərginləşir. İranın ballistik raket istehsalını sürətləndirməsi və zərbə almış hərbi obyektləri bərpa etməsi ilə bağlı məlumatlar İsraildə ciddi narahatlıq doğurub. Bu fondda Təl-Əvivin İrana qarşı yeni hərbi planlar hazırladığı və baş nazir Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampla görüşdə mümkün hücum ssenarisini gündəmə gətirəcəyi bildirilir. Vaşinqtonun bu təşəbbüsə münasibəti regionda mümkün eskalasiyanın taleyini müəyyənləşdirə bilər. 
Bu proses İrana qarşı hərbi hücum üçün zəmin yaratmaq cəhdidirmi? “Müharibələri bitirmişəm” deyən Tramp Netanyahunun təklifini dəstəkləyə bilərmi? ABŞ bu məsələdə birbaşa hücum, yoxsa dolayı dəstək yolunu seçə bilər?





 
“Bu 12 günlük qarşıdurma daha çox yoxlama xarakteri daşıyırdı. İsrail İranın zəif və boş mövqelərini müəyyənləşdirməyə çalışırdı. Məhz bu mərhələnin üzərindən prosesin daha genişmiqyaslı bir müharibəyə keçəcəyi gözlənilir. İran–İsrail gərginliyi bitən deyil, qarşıda daha aktiv və təhlükəli bir faza dayanır. Əsas məsələ İsrailin bundan sonrakı mərhələdə hansı hərbi strategiyanı seçəcəyidir. Birinci qarşıdurmadan fərqli olaraq ikinci mərhələdə eyni strategiyadan istifadə olunacaq, yoxsa tamamilə yeni hədəflər və planlar formalaşdırılacaq – bu, ciddi maraq doğurur. İsrailin əvvəl istifadə etmədiyi yeni silah sistemlərinə əl atması da istisna deyil”.
 
Siyasi şərhçi ABŞ faktoruna da toxunaraq bildirib ki, Vaşinqtonun birbaşa müharibəyə qoşulması real görünmür:
 
“Lakin  ABŞ-ın dolayısı ilə – hərbi silah, sursat, texnika və digər vasitələr vasitəsilə İsrailə dəstək verməsi ehtimalı kifayət qədər yüksəkdir. Vaşinqtonun  bunun üçün həm siyasi, həm də hərbi imkanları mövcuddur”.
 
 
Mehin Mehmanqızı