Zənginləşdirilmiş uranın başqa bir ölkəyə köçürülməsi ilə bağlı heç bir plan yoxdur.


Moderator.az İran mediasına istinadən xəbər verir ki, bunu Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri Kəni deyib.








O bildirib ki, danışıqlar prosesi bu mövzu ətrafında aparılmır.


Qeyd edək ki, ABŞ-la razılaşma çərçivəsində zənginləşdirilmiş uranın Rusiya və Türkiyə kimi ölkələrə köçürüləcəyi ilə bağlı xəbərlər yayılıb.