İsrail bütün ssenarilərə hazırdır.


Moderator.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdə çıxışında deyib.








“Bizə hücum edən istənilən tərəf dözülməz nəticələrlə üzləşəcək”, - Netanyahu xəbərdarlıq edib.


Qeyd edək ki, İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei ölkəsinə qarşı başladılan istənilən müharibənin sadəcə İranla məhdudlaşmayacağı və regional xarakter alacağını vurğulayıb.