Uşaq ədəbiyyatında xüsusi dəst-xətt yaradan yazıçı Çinarə Köçərli Moderator.az-ın suallarını cavablandırıb.




-Çinarə xanım, ölkəmizdə uşaq ədəbiyyatınna maraq nə dərəcədədir?








-Əgər biz uşaq ədəbiyyatımızı dünya ölkələrinin uşaq ədəbiyyatı ilə müqayisə etsək, bizim ölkəmizdə marağın zəif olduğunu müşahidə edə bilərik. Amma biz öz dövrümüzlə-90-cı illərin uşaqlıq dövrü ilə indiki dövrün uşaq ədəbiyyatını müqayisə etsək, son 5-6 ildə uşaq ədəbiyyatına marağın yüksək olduğunu görərik. Buna da səbəb daha çox xarici ədəbiyyatın, ələxsus da uşaq ədəbiyyatının ölkəmizə gətirilməsi və gözəl, keyfiyyətli nəşrlərin olunmasıdır. Bu araşdırmalardan sonra yenə də bizim ölkə əhalisinə və uşaqların sayı ilə müqayisədə bu nəticə az görünə bilər. Amma son dövrlər sərgidə, uşaq festivallarında bunun artdığını görürük. Mən özüm də övlad anasıyam. Uşaqlar əlavə dərsliklərlə o qədər yüklənirlər ki, onların kitab oxumağa zamanı belə olmur. Mən düşünmürəm ki, uşaqlar bədii əsər oxumaq istəmirlər. Əksinə, dərsin ağır yükündən sonra bədii əsərlər oxumaq onlara daha maraqlı gələ bilər. Onların daha çox zamanı olsa bədii yaradıcılığa daha çox həvəs göstərə bilərlər. Bu da uşaqların gələcəkdəki dünyagörüşlərinə müsbət təsir edə bilər.




-Adətən belə deyirlər ki, uşaqlar ən sonda yada düşür. İstər kino, istər mahnı, istər teatr, istərsə də ədəbiyyat sahəsindən söhbət gedir.. Niyə öz canımızdan can olan övladlarımızı düşünənlər çox azdır?





-Çinarə Köçərlinin üslubu digər uşaq yazarlarından nəyi ilə fərqlənir?





-Bu sahə nisbətən gəlirsiz sahədir. Demək ki, uşaq yazarı olmaq üçün həm də uşaqları sevmək lazımdır.





-Sizin “44 gün Qarabağda” adlı kitabınız da var. Sanki uşaqları virtual olaraq Qarabağla, işğaldan azad olunmuş torpaqlarla yaxından tanış edirsiniz..




-“44 gün Qarabağda” kitabı ilə bağlı ideya demək olar ki, müharibənin ilk başladığı gündən yarandı. Övladım bu haqda məktəbdə eşitmişdi və mənə sual verdi. Mən də böyük səbrlə ona cavab verdim. Həmin ərəfədə düşünürdüm ki, hər kəsin evində uşaqlar var və hər kəsin müharibə ilə bağlı öz valideynlərinə ünvanladığı suallar var. Həmin o sualları, hissləri cavablandıracaq kitab lazım idi. Həmin dövrdə də bir qrup uşaq bizim kimi ailələrin uşaqları idi. Evində nə döyüşə gedəni var, nə qazisi, nə də şəhidi.. Bir qrup uşaqlar isə valideynləri döyüşdə, səngərdə olanlar idi. Mən o qrup uşaqları sanki kitablarda qarşılaşdırmağı düşündüm. Bizim evdəki uşaqların hissləri ilə evində döyüşən valideyni olan uşaqların hisslərini qarışdırdım. Şəkillər də ona görə lazım idi ki, kitablarda bu çox önəm daşıyır. Uşaqlarda vətənə, hərbiyə, əsgərə, dövlətə sevgi hisslərini qoruyub saxlamaq üçün kitabı şəkilli çap etdirdim. Orada da mütləq real təsvirlər olmalı idi. Mən real olan mövzudan yazırdım. Havadan, sudan yazmırdım. Qazilərin, şəhidlərin övladlarından müsahibələr alırdım. Əsasən də xronoloji ardıcıllığı yaratdım. 




-Sizin həmçinin milli, yaddan çıxan və unudulmaq üzrə olan qədim oyunlarımızla bağlı kitabınız da var. Bu kitaba həvəs nə dərəcədədir?




-2 il bundan əvvəl Mədəniyyət Nazirliyindən mənə sual ünvanladı ki, siz komiks kitab yazmısız? O sualdan sonra məndə bir ideya yarandı ki, niyə mən bir komiks kitabı yazmayım?! Çünki bizim yerli yazarlar içərisində uşaqlar üçün milli komiks yazan müəllif yox idi. “OyunMən” kitabım 2 il öncə belə yarandı. Düşündüm ki, bunu elə bir ideya ilə yazmalıyam ki, o komiksin milliliyini göstərə bilim. Bunun elə ən yaxşı yolu milli oyunlarımızdan başlamaq idi. Mənim evimdəki uşaqlar da, hətta mən özüm belə uşaqlıq oyunlarımızı unudurduq. Bundan sonrakı nəsillərin də onları tapma ehtimalı çox az idi. Mən özüm belə o oyunların oynama qaydalarını çox çətinliklə tapırdım. Düşünürdüm ki, gələcək nəsil bunu tamamilə unudacaq. İnternet resursları üzərindən də bunları tapmaq çox çətin idi. Ona görə də 30 oyundan ibarət “OyunMən” kitabımı yazdım. Bizim bu kitabımıza maraq kifayət qədərdir. Xüsusilə “Bakı Ekspo Mərkəzində” kitabımızın təqdimatını keçirəndən sonra daha da çoxaldı. Bu kitabla bağlı mətkəblərdə və kitabxanalarda görüşlər təşkil olunur, müəllif kimi gedib iştirak edirəm. Süni intellekt vasitəsilə bu komiksləri canlandırırıq. Sosial şəbəkələrdə də bu kitaba maraq çoxdur.




-Hazırda hansı kitabları çapa hazırlayırsınız?




-Nəşriyyatımız ayda bir dəfə ən azı bir uşaq ədəbiyyatı nümunəsini çap edir. Təbii ki, bunların hər birinin müəllifi mən olmuram. Ayrı-ayrı uşaq yazarlarının kitabları olur. Amma mənim 2 ildən çoxdur üzərində işlədiyim “Səhabələr” kitabım var. Bu “Məhəmməd Peyğəmbər” (s.ə.s) kitabımın davamı olan bir kitabdır. Tezliklə bu kitabım təqdim ediləcək. Eyni zamanda “Həyatımızı dəyişən qaydalar”, “Əsmaül-Hüsna” kitabımın 2-ci cildinin çapına hazırlaşıram. Ən əsasda “44 gün Qarabağda” kitabımın rus və inglis dilində çapını həyata keçirəcəyik ki, dünya ölkələrinə çıxaraq.