Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Kamal oğlu Abdullayev vəzifəsindən azad edilib.
 




Moderator.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.
 
Qeyd edək ki, M.Abdullayev öz ərizəsi əsasında işdən çıxarılıb. O, bu vəzifəyə 2024-cü ildən təyin edilmişdi. 
 
Xatırladaq ki, M.Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğludur.