Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlı vəfat edib.
 




Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, Ukrayna tərəfində vuruşan Saleh İsmayılov ağır yaralanıb.
 
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onda onkoloji xəstəlik aşkarlanıb.
 
Aparılan müalicələrə baxmayaraq, S.İsmayılov xəstəxanada dünyasını dəyişib.