Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan 39 yaşlı Vüqar Məmmədov saxlanılıb.
 




Moderator.az xəbər verir ki, həmin şəxsdən 8 kiloqram marixuana və 3000 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Faktla bağlı  cinayət işi başlanılıb.
 
Məhkəmənin qərarı ilə V.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
 
Araşdırmalar davam etdirilir.