Bu gün Bakıda marşrut avtobusunda sərnişin ölüb.
 




Moderator.az xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.
 
Binəqədi rayonu 9-cu mikrorayon ərazisindən keçən avtobusda sərnişin olan 60-65 yaşlı kişi özünü pis hiss edib və oturduğu yerdə qəfildən keçinib.
 
Əraziyə təcili yardım briqadası və prokurorluq əməkdaşları cəlb edilib. /News24.az/