Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri Özbəkistanda keçirilən təlim-məşq toplanışını başa vurublar.
 




Bu barədə Moderator.az-a Azərbaycan Taekvondo Federasiyasından bildirilib.
 
Fevralın 16-dan 28-dək davam edən hazırlıq prosesi may ayında keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyıb.