İran 22-ci raket hücumu dalğasında Fars körfəzindəki ABŞ hərbi bazalarına, Təl-Əviv, Hayfa və Ben-Qurion hava limanındakı İsrail ordusunun obyektlərinə hücum edib.
Moderator.az-ın məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) məlumat yayıb.
İslam Respublikasının mərkəzi qərargahının sözçüsü Xatəm əl-Ənbiya bildirib ki, İran, həmçinin Küveyt sahillərində ABŞ neft tankerinə hücum edərək gəmidə yanğına səbəb olub:
"ABŞ bayrağı altında üzən neft tankeri Küveyt sərhədləri yaxınlığında vurulub və yanır".