İranın Bəhreyndə Körfəz Əməkdaşlıq Şurasının birgə dəniz əməliyyatları mərkəzi ilə bağlı binaya hücum etdiyi bildirilir.
 




Moderator.az xəbər verir ki, bu barədə Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casem əl-Budeyvi məlumat verib.
 
Onun sözlərinə görə, hücuma məruz qalan binada KƏŞ-in birgə dəniz əməliyyatları mərkəzində xidmət edən Qətər Hərbi Dəniz Qüvvələrinin zabitləri yerləşirdi.
 
“İranın hücum etdiyi binada Körfəz Əməkdaşlıq Şurasının birgə dəniz əməliyyatları mərkəzində çalışan Qətər Hərbi Dəniz Qüvvələrinin zabitləri yerləşirdi”, – deyə əl-Budeyvi bildirib.
 
Baş katib bu hücumu bütün beynəlxalq qanun və normaları pozan düşmən aktı kimi qiymətləndirib.
 
O, hücum nəticəsində Qətər Hərbi Dəniz Qüvvələrinin zabitləri arasında xəsarət alanların olub-olmaması barədə məlumat verməyib.