Boliviyanın Viaça şəhərində hərbi texnikaya xidmət mərkəzinin ərazisində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.


Moderator.az xəbər verir ki, bu barədə Boliviya Müdafiə Nazirliyi məlumat yayıb.






Bildirlib ki, xilasedicilər partlayışdan sonra itkin düşmüş hesab edilən 14 nəfərdən 7-nin meyitini aşkarlayıblar.


Qeyd olunub ki, ölənlər arasında bir çavuş və altı çağırışçı var. Hadisə yerində axtarış-xilasetmə işləri və dağıntıların təmizlənməsi davam etdirilir.


Boliviya Prezidenti Rodriqo Pas faciə yerinə baş çəkib. O bildirib ki, ölən hərbi qulluqçulara ölümündən sonra çavuş rütbəsi veriləcək.


Xatırladaq ki, Viaçadakı hərbi obyektdə partlayış sentyabrın 4-də baş verib. Daha əvvəl iki nəfərin öldüyü və 59 nəfərin yaralandığı bildirilib.