İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossinin bu ölkənin nüvə obyektlərində yoxlama aparılması ilə bağlı çağırışına cavab verib və prosesin müəyyən şərtlər altında mümkünlüyünə diqqət çəkib.


Moderator.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Məhəmməd İslami bildirib.






"Agentliyin baş direktoru (BAEA-nın rəhbəri Rafael Qrossi) ABŞ və İsraildən İranın dinc nüvə obyektlərinə hücumu, təhdidi dayandırmağı tələb etməlidir ki, BAEA-nın təminatlarının icrası üçün zəruri zəmin yaransın", - o xatırladıb.


Daha əvvəl Qrossi İrandakı əsas nüvə obyektlərinə çıxışın təmin edilməsinin Tehran üçün müsbət nəticələrə səbəb olacağını bildirib.


Xatırladaq ki, BAEA-nın Rəhbərlər Şurasının sentyabr iclası keçirilir və Azərbaycan da bəyanatla çıxış edib.