Rusiyanın əməkdar artisti Nina Popova vəfat edib.
 




Moderator.az xəbər verir ki, bu barədə “Газета.Ru” məlumat yayıb.
 
Aktrisanın ölüm xəbəri sentyabrın 7-də açıqlanıb. Maraqlıdır ki, sənətçinin həmin gün teatr truppasının toplantısında iştirak etməsi gözlənilirmiş.
 
Həmkarları onun üçün hətta güllər hazırladıqlarını bildiriblər. Lakin toplantıdan əvvəl aktrisanın ölüm xəbəri gəlib.