Azərbaycan və Əlcəzair arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasına hazırlıq məsələləri müzakirə edilib.


Moderator.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.






Nazir vurğulayıb ki, bu barədə müzakirələr Əlcəzairin dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab ilə görüşdə aparılıb.


"Karbohidrogen sektorunda və OPEC+ çərçivəsində mövcud tərəfdaşlıqla yanaşı, elektrik enerjisi, bərpa olunan enerji, eləcə də ticarət, kənd təsərrüfatı, sənaye, əczaçılıq və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi apardıq", - deyə P. Şahbazov bildirib.