Pakistanın Baş naziri Şahbaz Şərif Səudiyyə Ərəbistanının mülki və enerji obyektlərinə hücumları qınayıb.


Moderator.az xəbər verir ki, Pakistanın baş diplomatı bu barədə X-də yazıb.






“Pakistan Səudiyyə Ərəbistanının yanında möhkəm dayanır. Bu cür hücumlar regional sülh və təhlükəsizliyi təhdid edir”, - Şahbaz Şərif vurğulayıb.


Xatırladaq ki, sentyabrın 8-də husilərin Səudiyyə Ərəbistanının şəhərlərinə hücumu nəticəsində 73 mülki insan yaralanıb. Hücum Abha, Xamis-Muşayt, Cizan və Nəcran şəhərlərində mülki və iqtisadi obyektlərə edilib.