Malayziyanın Borneo adasına aid olan ərazisində "BO-105" modelinə məxsus tibbi aviasiya helikopteri qəzaya uğrayıb.


Moderator.az xəbər verir ki, Malayziyanın Mülki Aviasiya İdarəsi (CAAM) hadisə zamanı hava gəmisinin göyərtəsində olan beş nəfərin, o cümlədən pilotun həlak olduğunu təsdiqləyib.






Məlumata görə, faciə sentyabrın 8-də Saravak ştatının ucqar Lonq-Lelanq yaşayış məntəqəsi yaxınlığındakı uçuş-enmə zolağının ətrafında qeydə alınıb.


Helikopter çətin gedilən bölgələrin sakinlərinə təcili yardım göstərən xidmət çərçivəsində növbəti planlaşdırılmış tibbi reysi həyata keçirirmiş.


Qəzanın dəqiq səbəbləri və təfərrüatı araşdırılır.