İrəvanda məhkəmə "Ana Ermənistan" partiyasının lideri Andranik Tevanyanın həbs müddətini üç ay uzadıb.


Moderator.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.






Qeyd edək ki, Tevanyan dövlətə xəyanətlə bağlı cinayət işi üzrə həbsdədir.


Daha əvvəl, may ayında İrəvanda məhkəmə Tevanyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçmişdi. Ermənistan İstintaq Komitəsi dövlətə xəyanətdə ittiham olunan siyasətçi barəsində cinayət işi açıb.