İranın liman şəhəri olan Caskda partlayış səsi eşidilib.
Moderator.az "Fars" agentliyinə istinadən xəbər verir ki, partlayışlar saat 21:45 (Bakı vaxtı ilə 22:15) radələrində qeydə alınıb.
"Yerli mənbələr səsin dəniz istiqamətindən və "Qara daş" bölgəsi yaxınlığından eşidildiyini, partlayışın iki mərhələdə və qısa fasilə ilə baş verdiyini bildirirlər".
Partlayış səsinin təfərrüatları barədə məlumat açıqlanmayıb.