ABŞ-nin Fars körfəzində İran tankerlərinə hücumlarına cavab olaraq, İran silahlı qüvvələri ABŞ qüvvələri tərəfindən istifadə edilən İordaniyadakı aviabazalara raket zərbələri endirib.
 




Moderator.az xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb. 
 

Bildirilib ki, İran İordaniyadakı Müvəffəq əs-Salti və Şahzadə Həsən aviabazalarını hədəfə alıb. Məlumata görə, iki hərbi obyektə ümumilikdə azı 20 raket buraxılıb.
 
İordaniya ordusu İranın ballistik raketlərini ələ keçirmək üçün qırıcı təyyarələri havaya qaldırıb.
 
Sentyabrın 8-də ABŞ ordusunun Fars körfəzindəki Xarq adası yaxınlığında İran neft tankerinə raket zərbəsi endirdiyi məlum olub.