Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 05:52-də Xəzər dənizində zəlzələ olub.
 




Zəlzələnin maqnitudası 3,1 olub.
 
Zəlzələnin ocağı 31 kilometr dərinlikdə yerləşib.
 
Bəs hazırda ölkədə seysmoloji vəziyyət necədir?
 
Mövzu ilə bağlı Milli.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə Rafiqqızı bildirib ki, hal-hazırki saata qədər fon səviyyəsindədir.
 
"Yəni xırda təkanlar həmişə var seysmik bölgələrdə. Bu saata qədər narahatçılıq doğuran heç bir hal yoxdur", - deyə o qeyd edib.