Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.


Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.






Bildirilib ki, sentyabrın 11-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.


Dəniz suyunun temperaturu: şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 22-23, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti olacaq.