Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək.
 




Moderator.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
 
Saziş Azərbaycanla İordaniya arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsini nəzərdə tutur.