ABŞ Silahlı Qüvvələri İran limanlarının blokadası başlayandan bəri Hörmüz boğazından humanitar yardım daşıyan 50-dən çox gəmini buraxıb.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki açıqlamasında bildirilir.
"Sentyabrın 11-nə olan məlumata görə, Amerika qüvvələri İran limanlarının blokadasının təmin edilməsi çərçivəsində 99 ticarət gəmisinin istiqamətini dəyişdirib", - paylaşımda qeyd olunur.