Nepalın şimalında baş verən daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatıb.
 




Moderator.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Nepal hakimiyyətinə istinadla məlumat yayıb.
 
Bildirilib ki, 5100-dən çox insan itkin düşmüş hesab olunur.
 
Qeyd edək ki, təbii fəlakət avqustun 26-da Nepalın Çinlə sərhədində baş verib.