Çin gələn il BRICS-ə sədrliyi qəbul edəcək və 19-cu sammiti keçirəcək.
 




Moderator.az "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin bu gün Nyu-Delhidə (Hindistan) keçirilən 18-ci BRICS sammitində bildirib.
 
"2027-ci ildə Çin yenidən BRICS-in rotasiya qaydasında sədri vəzifəsini icra edəcək. Bütün tərəflər birlikdə əməkdaşlığın yeni fəslini yazmaq üçün Çinin BRICS ölkələrinin kollektiv müdrikliyini və güclü sinerjisini birləşdirəcəyini səbirsizliklə gözləyirlər", - Çin Mərkəzi Televiziyası (CCTV) Si Cinpinin sözlərindən sitat gətirib.
 

Qeyd edək ki, BRICS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının (CAR) yaratdığı təşkilatdır.
 
Təşkilatın əsas məqsədi üzv ölkələr arasında iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsidir.