Ağ Ev lideri Donald Tramp Çinin avtomobil zavodlarının ABŞ ərazisində fəaliyyət göstərə biləcəyini istisna etməyib.


Moderator.az xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.






O bildirib ki, belə müəssisələrin amerikalılar üçün iş yerləri yaradacağı nəzərə alınmaqla buna qarşı deyil.


"Əgər Çin bura gəlib öz avtomobillərinin istehsalı üçün zavod açmaq istəsə, mən buna qarşı olmazdım", - deyə o əlavə edib.


Tramp nümunə kimi artıq bu modeldən istifadə edən Yaponiyanı göstərib və əsas şərti vurğulayıb: "Əsas məsələ odur ki, onlar bizim insanları işə götürürlər".


Bununla belə, Tramp başqa bir ssenariyə - Meksikada ucuz avtomobillərin istehsal edilərək daha sonra sərhəddən ABŞ-a gətirilməsinə yol verməyəcəyini bildirib.