İran ordusu Hörmüz boğazı səmasında ABŞ-yə məxsus "MQ-1" pilotsuz uçuş aparatını (PUA) vurub.
 




Moderator.az xəbər verir ki, bu barədə məlumatı İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti yayıb.
 
"Bir neçə dəqiqə əvvəl ABŞ-nin qabaqcıl "MQ-1" PUA-sı SEPAH-ın ən yeni hava hücumundan müdafiə sistemi tərəfindən aşkarlanaraq məhv edilib", - deyə məlumatda bildirilib.