Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələr endirməməyə razılıq verib.


Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.






Onun iddiasına görə, Moskvadan da analoji razılıq alınıb.


"Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələr endirməməyə razılaşdı. Rusiya da eyni şəkildə hərəkət etməyə razılıq verdi! Dizel yanacağının dünya qiymətlərindəki artım İrandan deyil, əsasən Rusiya və Ukrayna arasındakı müharibədən qaynaqlanır", - deyə amerikalı lider yazıb.


O, heç bir təfərrüat təqdim etməyib.